EN

Dövlət qurumunun adından vətəndaşı belə aldatmaq istədilər - VİDEO

Paytaxt sakini dövlət qurumunun adından istifadə edilən dələduzluğa məruz qalıb.

Milli.Az bildirir ki, o, son anda adıçəkilən dövlət quruma, Azərpoçt-a zəng etməklə dələduzluq halından xilas ola bilib.

Əli Eyvazlının sözlərinə görə, özünü alıcı kimi təqdim edən şəxsə bildirib ki, məhsulu gəlib yerində alsınlar. Lakin saxta alıcılar buna razı olmayıblar.

Məsələ ilə bağlı "Azərpoçt" MMC dən "Xəzər Xəbər"ə bildirdilər ki, Azərpoçt adından vətəndaşlar bir neçə formada aldadılır ki, bunlardan biri də ikinci əl məhsullarının satıldığı yerli onlayn satış platformalarıdır. Belə ki, öz malını satmaq istəyən şəxsə satış platforması üzərindən müraciət olunur, guya azərpoçt vasitəsilə də malın çatdırılması həyata keçirilir. Bunun üçün də onlayn ödəniş tələb edilir. Dırnaqarası alıcı, satan şəxsdən ödəniş etmək üçün kart məlumatlarını istəyir və bundan sonra dələduzluq prosesi reallaşır.

Qurum, eyni zamanda vətəndaşları "Azərpoçt" MMC adından ediən bütün çağırışlara həssas yanaşmağı, eləcə də 169 çağrı mərkəzi, həmçinin rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmağa çağırır.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Chosen
15
3
milli.az

4Sources