Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir.
Referans.az xəbər verir ki, DİN-in mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumatda deyirlir: "Sükan arxasında olan sürücülərin DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyi ilə bağlı tələblərinə əməl etmələri tövsiyə olunur. DİN tərəfindən yollarda olan vəziyyətlə bağlı informasiyalar fasiləsiz dislokasiya üzrə naryad qruplarına ötürülür".