EN

Bərdə qəzasında yaralananların SON DURUMU

Bərdədə baş verən yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“22.02.2025-ci il tarixində saat 20:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1995-ci il təvəllüdlü şəxs aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1999-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Bərdənin Cəyirli kəndi ərazisində yol qəzası baş verib. Hərəkətdə olan "Lada" markalı avtomaşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü, 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu ölüb.

Bizim.Media

Chosen
4
22
bizim.media

10Sources