EN

Bakıda kirayədə qaldığı evdən 4 min manat oğurlayan keçmiş məhkum saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

 

Senzor.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

 

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Chosen
17
16
senzor.az

10Sources