EN

Azərbaycanda saytlara yenidən kiberhücum oldu

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.

Publika.az xəbər verir ki, bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Caliber.az”, “Baku.ws” saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.

Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.

Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.

Chosen
14
9
publika.az

10Sources