EN

İngiltərə Premyer Liqası: “Arsenal” evdə, “Çelsi” səfərdə uduzub

Bakı, 23 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXVI turun daha 6 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mövsüm çempionluq uğrunda mübarizə aparan "Arsenal" gözlənilmədən öz meydanında "Vest Hem"ə uduzub - 0:1.

"Çelsi" isə səfərdə "Aston Villa" ilə matçda 1:2 hesabı ilə məğlub olub.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Bornmut" - "Vulverhempton" - 0:1

"Fulhem" - "Kristal Pelas" - 0:2

"İpsviç" - "Tottenhem" - 1:4

"Sauthempton" - "Brayton" - 0:4

"Everton" - "Mançester Yunayted" - 2:2

"Lester Siti" - "Brentford" - 0:4.

Hazırda turnir cədvəlinə 61 xalla "Liverpul" başçılıq edir. "Arsenal" 53 xalla 2-ci, "Nottingem Forest" 47 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Nyukasl" - "Nottingem Forest" və "Mançester Siti" - "Liverpul" oyunları ilə yekun vurulacaq.

Chosen
20
3
azertag.az

5Sources