EN

Husilərdən ilk: ABŞ F-16-na “yer-hava” raketi atdılar

Yəmən husiləri fevralın 19-da ilk dəfə olaraq ABŞ-a məxsus F-16 qırıcısına “yer-hava” tipli raketlər atıblar.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” ABŞ-ın 3 yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Təyyarə Yəmən sahilləri üzərində uçarkən raket atılıb, lakin hədəfdən yayınıb.

Yüksək rütbəli hərbi liderlər hesab edirlər ki, husilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisini, Qırmızı dənizdəki təyyarədaşıyıcı və esmineslərə potensial ziyan vurması artıq an məsələsidir.

Chosen
13
50
axar.az

10Sources