EN

Cənubi Azərbaycan klubu 1 qolla liderliyini bərpa etdi

“Traktor” İran çempionatında uğurlu çıxışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 20-ci turun matçında öz meydanında “Xeybar”ı minimal hesabla məğlub edib - 1:0.

Oyunun taleyini həll edən qolu 46-cı dəqiqədə xorvatiyalı Domaqoy Drozdek vurub.

Vacib qələbə sayəsində xal ehtiyatını 44-ə çatdıran “Traktorsazi” liderliyini bərpa edib.

Ötən gün öz meydanında “Zob Ahan”ı böyük hesabla (4:1) udan “Sepahan” 43 xalla liderliyi ələ keçirmişdi. “Persepolis” 38 xalla ilk üçlükdədir.

Chosen
20
sportinfo.az

1Sources