G7 ölkələri Çini Rusiyaya dəstəyi dayandırmağa çağıran bəyanat yaymaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə “Nikkei” mənbələrinə istinadən məlumat yayıb.
Sənədin fevralın 24-də dərc ediləcəyi gözlənilir.
Qeyd olunur ki, birgə bəyanatda G7 ölkələri Şimali Koreya və İranı da tənqid edəcəklər.