Hökumət qeydlərinə görə, yaşı 200-dən yuxarı olan şəxslərə ödənişlər üçün ABŞ milyonlarla dollar xərcləyir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-nin sosial təminat sisteminə 130, 140, 150 yaşdan yuxarı olduğu iddia edilən milyonlarla şəxs daxil edilib.
“Qeydlərə görə ölkədə 360 yaşı olan bir şəxs var - bu mütləq rekorddur!”, - Tramp qeyd edib.
Tramp bildirib ki, bu total saxtakarlıqdır.