EN

Ağsuda avtomobil aşaraq yanıb

Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Ağsuda qəza olub. 

Operativ Media xəbər verir ki, hadisə gecə saatlarında Ağsu dolaylarında baş verib. Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Qəza zamanı Zaqatala rayon Aşağıtala kənd sakini - 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus "50-FA-156" nömrəli "Land Rover" markalı minik avtomobili aşıb, daha sonra isə alışaraq yanıb.  

Hadisə zamanı xəsarət alan olmayıb.

Chosen
23
9
operativmedia.az

10Sources