EN

Britaniyanın baş naziri Trampa MƏSLƏHƏT VERDİ

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə və ona lazımi təhlükəsizlik təminatları verməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Vaşinqtona səfərindən əvvəl “The Sun” da dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Ukraynanı təhlükəsizlik zəmanəti ilə dəstəkləmək ABŞ və Britaniyanın maraqlarına uyğundur. Eyni zamanda Starmer vurğulayıb ki, Kiyev istənilən sülh danışıqlarında iştirak etməlidir və Vaşinqtonun dəstəyinə ehtiyacı var.

Starmer, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymaq üçün danışıqlara çağırışını dəstəkləyib.

Chosen
20
2
publika.az

10Sources