EN

“Land Rover” öncə aşdı, daha sonra tamamilə yandı

Ağsu dolaylarında minik avtomobili yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saatlarında baş verib.

Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Beləki, Zaqatala rayon Aşağıtala kənd sakini 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb, daha sonra isə alışaraq tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov

Chosen
16
9
qafqazinfo.az

10Sources