EN

Ağsuda aşan “Land Rover” tamamilə YANDI

Ağsu dolaylarında minik avtomobili yanıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə ötən gecə saatlarında baş verib.

Hadisə yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Beləki, Zaqatala rayon Aşağıtala kənd sakini 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb, daha sonra isə alışaraq tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Chosen
9
9
redaktor.az

10Sources