
Britaniya və Fransa hökumətləri Ukraynaya 30 minə qədər sülhməramlı göndərməyi düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa siyasi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, London və Paris qoşunların yerləşdirilməsini atəşkəs razılaşmasının əldə olunması ilə əlaqələndirirlər.
“Bundan sonra Britaniya və Fransa sülhməramlı qüvvələri təhdidlərdən qorumaq üçün Amerikanın hərbi imkanlarından istifadə etməyi gözləyirlər. Mənbələr bildiriblər ki, artıq Avropada olan hava hücumundan müdafiə sistemləri bu məqsədə xidmət edə bilər.
Təşəbbüsün uğuru ilk növbədə Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampı sülhməramlıların yerləşdirilməsi planını dəstəkləməyə inandıra bilməsindən asılıdır”, - nəşr yazır.