EN

Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır

Gecədən yağan qar yollarda bir sıra çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin edilib.

"Bakı Metropoliteni" QSC qarlı, soyuq havalarda rahat və təhlükəsiz səfərlər üçün sərnişinlərə metrodan istifadəni tövsiyə edir.

QSC-dən Operativ Media-a bildirilib ki, Bakıda qeyri-sabit hava şəraiti davam edir.Gecədən yağan qar yollarda bir sıra çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin edilib.

Stansiyaların girişi mütəmadi olaraq qardan təmizlənir, sürüşmələrə qarşı pilləkənlərə duz və qum səpilir.

Əlverişsiz havada metroya üz tutanları vaxtında mənzil başına çatdırmaq üçün Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır.

Chosen
16
9
operativmedia.az

10Sources