EN

Qvardiola: “Messi ilə işlədiyim üçün bəxtim gətirib”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”da birlikdə çalışdığı Lionel Messi haqda danışıb.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmin dövrü belə xatırlayıb:

“Karyeramda Lionel Messi olduğu üçün bəxtim gətirdi. Üç il birlikdə işlədik, bu, xüsusi dövr idi”.

Qvardiola 2007-2012-ci illərdə “Barselona”da çalışıb. Messi Kataloniya klubundan 2021-ci ildə ayrılıb. Argentinalı forvard hazırda “İnter Mayami”də çıxış edir.

Chosen
15
msport.az

1Sources