EN

"Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısı" - Kobaxidze

Gürcüstan hakimiyyəti müxalifətin səylərinə baxmayaraq, Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısını ala bildi.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bildirib.

“Gürcüstan hökuməti ölkəmizdə sülhün və ölkənin təhlükəsizliyinin qorunması üçün hər şeyi edib. Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylər göstərilməsinə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq”, - deyə o qeyd edib. 

Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökumətinin məziyyəti ondadır ki, “1921-ci il ssenarisi Gürcüstanda təkrarlanmadı”.

Chosen
9
30
unikal.az

10Sources