Türkiyədə “Now TV”nin qalmaqallı serialı “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar”la bağlı daha bir qərar tətbiq edilib.
Publika.az xəbər verir ki, məhkəmə qərarı ilə serialın bütün bölümləri "Youtube"dan silinib.
Xatırladaq ki, sözügedən serial daha öncə Türkiyə Milli Radio və Televiziya Şurası tərəfindən cəzalandırılmışdı. Əvvəlcə 3 həftə yayımlanmayacağı açıqlanan serialın daha sonra yayımının tamamilə dayandırılmasına qərar verilmişdi.