EN

Van Persi ÇL-in 1/8 finalçısını çalışdıracaq - RƏSMİ

Niderland millisinin sabiq futbolçusu Robin van Persi karyerasını "Feyenoord" klubunda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, o, sözügedən komandanın baş məşqçisi təyin edilib. 

Bu barədə Rotterdam klubunun rəsmi saytı məlumat yayıb. 41 yaşlı məşqçi "Feyenoord"la 2027-ci ilin ortalarına qədər müddətə müqavilə imzalayıb. 
Qeyd edək ki, van Persi daha əvvəl "Feyenoord"un gənclər komandasında çalışıb. 

"Feyenoord" Niderland çempionatının cari mövsümündə üçüncü yerdə qərarlaşıb. Komanda 23 turda 43 xal toplayıb. 

Xatırladaq ki, Rotterdam komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya "İnter"i ilə mübarizə aparacaq.

Chosen
41
fanat.az

1Sources