EN

Almaniya Azərbaycanlıları Alyansının toplantısı keçirilib - FOTO

Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının toplantısı keçirilib.

Korrespondent.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb. Alyansın İdarə Heyətinin rəhbəri Nuran Abdullayev tədbiri açıq elan edib və təşkilatın hesabatını təqdim edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkələrimiz arasındakı münasibətlərin inkişafından danışıb, buradakı icmamızın güclü olduğunu və bu gücün Azərbaycanın tanıdılmasında böyük əhəmiyyət daşıdığını qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən diaspor siyasəti barədə məlumat verib, xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Almaniya Azərbaycanlıları Alyansının diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Komitənin və diasporun gördüyü işlərlə bağlı hesabat videoçarxının təqdimatından sonra Azərbaycan diasporunun fəaliyyətinə verdikləri mühüm töhfəyə görə İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev, telejurnalist Fəxrəddin Hacıbəyli, bəstəkar, musiqişünas Elmir Mirzəyevə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları təqdim olunub.

Sonda Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin yeni tərkibi seçilib.

Chosen
21
5
korrespondent.az

7Sources