EN

"Turan Tovuz" "Şamaxı"ya qalib gəldi

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatıb.

Əvvəlcə 4-cü yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Şamaxı"nın qonağı olub. Oyun Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu 2:2 hesabı ilə bitib. 2-ci dövrənin matçında isə "Turan Tovuz" 3:2 hesabı ilə qalib gəlib.

Bu günün digər oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək.

Misli Premyer Liqası, 24-cü tur

23 fevral (bazar)

14:30.“Şamaxı” – “Turan Tovuz” - 0:1 

Qol: Aleks Souza, 30

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev

Şamaxı şəhər stadionu

17:00. “Zirə”– “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu

21 fevral (cümə)

19:00. “Neftçi” - “Sumqayıt” - 1:0

22 fevral (şənbə)

“Araz-Naxçıvan” - “Səbail” - 0:0

“Qarabağ” - “Sabah” - 1:1 

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Chosen
4
26
teleqraf.com

10Sources