EN

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Publika.az xəbər verir ki, Cəlilabad rayon sakini Azər Cəlilov Donetsk istiqamətində döyüşdə həlak olub.

1977-ci il təvəllüdlü, iki uşaq atası olan Azər Moskva şəhərində işləyirmiş. Mərhumun nəşi artıq vətənə gətirilib və bu gün rayon qəbiristanlığında torpağa tapşırılıb.

Chosen
56
8
publika.az

9Sources