Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Manset.az Qol.z-a istinadən xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatıb. Əvvəlcə 4-cü yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Şamaxı"nın qonağı olub. Oyun Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrənin oyunu 2:2 hesabı ilə bitib. 2-ci dövrənin matçında isə "Turan Tovuz" 3:2 hesabı ilə qalib gəlib. Bu günün digər oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək. Misli Premyer Liqası, 24-cü tur 23 fevral (bazar) 14:30.“Şamaxı” – “Turan Tovuz” - 0:1 Qol: Aleks Souza, 30 Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev Şamaxı şəhər stadionu 17:00. “Zirə”– “Kəpəz” Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Zirə İdman Kompleksinin stadionu 21 fevral (cümə) 19:00. “Neftçi” - “Sumqayıt” - 1:0 22 fevral (şənbə) “Araz-Naxçıvan” - “Səbail” - 0:0 “Qarabağ” - “Sabah” - 1:1
Bombardirlər: Leandro Anderade ("Qarabağ") - 9 qol Cesse Sekidika ("Sabah") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 8 qol Felipe Santos ("Araz Naxçıvan") - 8 qol Davit Volkov ("Zirə") - 8 qol Salifu Suma ("Zirə") - 8 qol Pavol Şafranko ("Sabah") - 7 qol