EN

Rusiyada çoxmərtəbəli binanın yanında partlayış baş verib

Rusiyanın Balakovo şəhərində çoxmərtəbəli binanın yanında partlayış baş verib.

APA-nın "Baza" telegram kanalına istinadən məlumatına görə, partlayış Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb – ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.

"Cebheinfo.az"

Chosen
35
3
cebheinfo.az

6Sources