Rusiyanın Balakovo şəhərində çoxmərtəbəli binanın yanında partlayış baş verib.
APA-nın "Baza" telegram kanalına istinadən məlumatına görə, partlayış Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.
İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb – ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.
"Cebheinfo.az"