EN

Ərdoğan ilə Makron Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron ile telefon danışığı aparıb.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, danışıq zamanı R.T.Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini bildirib. Ərdoğan Türkiyənin bir neçə dəfə döyüşən tərəfləri danışıqlar masasına oturtmağı bacaran bir ölkə kimi sülh danışıqlarına, o cümlədən onlara ev sahibliyi etməklə öz töhfəsini verə biləcəyini və münaqişə tərəflərindən heç birini istisna etməyən danışıqlar prosesinin başlanmasının vacib olduğunu bildirib.

Prezident Ərdoğan fələstinlilərin Misirə, İordaniyaya və ya başqa bir üçüncü ölkəyə deportasiya planının qəbuledilməz olduğunu bildirib.

Tərəflər iki NATO müttəfiqinin lideri olaraq yeni dövrdə daha koordinasiyalı şəkildə işləmək barədə razılığa gəliblər.

 

 

Chosen
43
41
qaziler.az

10Sources