EN

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb.

Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq.

Chosen
15
13
qaziler.az

10Sources