EN

Polis gücləndirilmiş rejimdə çalışır:YARANAN PROBLEMLƏR DƏRHAL ARADAN QALDIRILIR

Mövcud hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gün ərzində davam etdirilib, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi kömək göstərilib.

 

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.
















Chosen
34
24
senzor.az

10Sources