EN

Makron və Starmer Trampı Rusiya ilə danışıqları dayandırmağa çağıracaqlar

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ağ Ev rəhbəri Donald Trampla görüşərək onu Rusiya ilə ikitərəfli danışıqlara son qoymağa razı salmağa çalışacaqlar...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

“Baş nazir Starmer və prezident Makron prezident Trampla görüşərkən Ukrayna ilə bağlı vahid mesajı çatdırmaq barədə razılığa gəliblər”, deyə nəşr yazır.

Nəşr qeyd edir ki, Fransa və Böyük Britaniya liderləri Trampa Avropa qüvvələrinin köməyi ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi planını təklif edə bilərlər.

Qeyd edək ki, bir gün əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb ki, Britaniya və Fransa hakimiyyəti Ukraynaya 30 minə qədər sülhməramlı göndərmək imkanını öyrənir. WSJ mənbələri qeyd edir ki, bu ölkələr öz qoşunlarını təhdidlərdən qorumaq üçün Amerikanın hərbi potensialından istifadə etmək istəyirlər.

“Bu məqsədlə artıq Avropada olan Amerika hava hücumundan müdafiə sistemlərindən istifadə oluna bilər”, deyə mənbələr qeyd ediblər.

Poliqon.info

Chosen
6
13
poliqon.info

10Sources