EN

Makron və Starmer Trampı danışıqlardan yayındırmağa çalışır

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampı Rusiya ilə danışıqlardan imtina etməyə inandırmağa çalışacaqlar.

Herbiand.az xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Məlumatda bildirilir ki, iki ölkənin liderləri öz yanaşmalarını əlaqələndirmək və Trampa təsir etmək üçün razılığa gəliblər.

Hər iki liderin ABŞ-a səfəri planlaşdırılır. Makron bazar ertəsi, Starmer isə cümə axşamı Vaşinqtona gedəcək.

Chosen
27
13
herbiand.az

10Sources