EN

Britaniya və Fransa liderləri Trampı Rusiyadan "qoparmağa" çalışacaqlar

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq planına təsir etmək məqsədilə öz hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, “The Times” öz mənbələrinə istinadən yazır ki, bu həftə Trampla görüşdə Avropa liderləri onu gələcəkdə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Avropa öhdəlikləri müqabilində Moskva ilə ikitərəfli sülh danışıqları aparmamağa inandırmağa çalışacaqlar.

Starmer cümə axşamı Vaşinqtonda Trampla görüşməlidir. Makron artıq bazar ertəsi prezidentlə ayrıca danışıqlar aparıb.

Nəşr xatırladır ki, Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümündə Britaniya yeni sanksiyalar paketi elan edəcək və bu, bütün yüksək rütbəli rusiyalı siyasətçilərin, məmurların və iş adamlarının Böyük Britaniyaya səfərini qadağan edəcək. Daxili İşlər Nazirliyi bütün yerli və federal nazirlər, eləcə də iri Rusiya şirkətlərinin direktorları və top-menecerləri üçün ölkəyə girişin qadağan ediləcəyini açıqlayıb.

Chosen
11
1
modern.az

10Sources