Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edib. Sanksiya siyahısına 48 fiziki şəxs və 35 təşkilat daxildir. Bundan əlavə, Aİ-nin xarici işlər nazirləri daha 13 Rusiya bankını SWIFT sistemindən ayırmaq qərarına gəliblər.
Qeyd olunur ki, Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin tətbiqi Ukraynada müharibənin başlanmasının üçüncü ildönümünə təsadüf edib. Sanksiyalar çərçivəsində Aİ Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib.
Həmçinin Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.