EN

Qarlı havada 300-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 179 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlardan 89-u qadın, 90-ı kişi olub. 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub.

***

Səhiyyə Nazirliyindən bildirilib ki, nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

Mənbə: www.bakupost.az

Chosen
63
45
www.bakupost.az

10Sources