EN

Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyasının rəis müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və akademiyanın "Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri Azərbaycan HDQ-ni ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi, birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, "Şərəf kitabı"nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Chosen
59
50
oxu.az

10Sources