EN

Boykotla üzləşən "Starbucks" 1000-dən çox əməkdaşını işdən çıxaracaq

Boykotla üzləşən "Starbucks" 1000-dən çox əməkdaşını işdən çıxaracaq

Amerika qəhvə şəbəkəsi "Starbucks" 1100 korporativ vəzifəni ləğv etmək qərarına gəldiyini açıqlayıb."Starbucks" CEO-su Briyan Nikkol mövzu ilə əlaqədar işçilərə göndərdiyi mesajda qlobal dəstək qruplarının rolu, strukturu və ölçüsü ilə bağlı qiymətləndirmələrini tamamladıqlarını qeyd edib.Nikkol bura 1100 mövcud dəstək köməkçisi vəzifəsi və bir neçə yüz əlavə açıq və doldurulmamış vəzifənin ləğvi qərarının daxil olduğunu deyibŞirkətin strukturunu sadələşdirdiklərini, daha kiçik və daha çevik komandalar yaratdıqlarını ifadə edən Nikkol "Məqsədimiz daha səmərəli işləmək, hesabatlılığı artırmaq, mürəkkəbliyi azaltmaq və daha yaxşı inteqrasiyanı təmin etməkdir" qiymətləndirməsini edib.

Chosen
15
1
afn.az

2Sources