EN

AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Hindistan Respublikasının Madhya-Pradeş bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Madhya-Pradeş bölgəsində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin "Quaruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Chosen
65
16
far.az

10Sources