EN

Roma Papası üç dəfə huşunu itirib, nəfəsi kəsilib

Roma Papası Fransisk ötən sutka ərzində üç dəfə huşunu itirib və müstəqil şəkildə nəfəs almağı dayandırıb.

Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, Roma Papası yenidən süni tənəffüs aparatına qoşulub və ona hər gün qan köçürürülür.

Bundan əlavə, dövlət rəsmilərinin və katolik dünyasının rəsmi şəxslərinin Vatikana olan bütün səfərləri ləğv edilib.

Bildirilir ki, Vatikan dəfn şurasını toplayır və xüsusi komissiya hazırlayır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən Roma-Katolik Kilsəsinin rəhbərində iki tərəfli pnevmoniya aşkar edilib.

Chosen
69
10
azreform.info

10Sources