EN

Serbiya liderindən Rusiya üzrxahlığı: Biz səhv etdik

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin BMT Baş Assambleyasında bütün Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edən qətnaməyə "hə" deməsinin səhv olduğunu söyləyərək üzr istəyib.

Publika.az xəbər verir ki, Vuçiç bu barədə yerli televiziya proqramında açıqlama verib.

O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (UNSC) rus qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnamə layihəsini dəstəklədiklərini qeyd edib.

Vuçiç bildirib ki, Serbiyanın lehinə səs verdiyi qətnamə layihəsindən “bitərəf” qalması lazım idi:

"Biz bu məsələdə neytral mövqe nümayiş etdirməli idik. Hesab edirəm ki, Serbiya səhv edib, ona görə də Serbiya vətəndaşlarından üzr istəyirəm və buna görə məsuliyyəti öz üzərimə götürürəm. Bəlkə də yorulmuşam, bəlkə də çox məşğulam və hər şeylə ayaqlaşa bilmirəm. Avropada siyasi dəstəyimi və ya xalımı itirəcəyim dəqiqdir, amma yenə də Serbiyanın bitərəf qalacağına inanıram”.

Chosen
41
publika.az

1Sources