EN

Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib. 

Nazirlikdən verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 

Bildirilib ki, müraciət edənlərdən 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib.

"Cebheinfo.az"

Chosen
8
22
cebheinfo.az

10Sources