Kanada parlamentinin İcmalar Palatasının saytında Maskın “ölkənin maraqlarına zidd fəaliyyətlə məşğul olduğu” əsası ilə onun Kanada vətəndaşlığından məhrum edilməsini tələb edən petisiya dərc olunub. İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək. Bu günədək petisiyanı 230 minə yaxın insan imzalayıb.