EN

Komitə sədri: Çernobıl əlilləri sürətlə mənzillə təmin olunacaq

Çernobıl əlillərinin imtiyazlı şəkildə mənzillə təmin olunması üzrə iş gedir, onlar növbəyə alınıb.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, indiyə qədər məcburi köçkünlərin mənzillə təmin olunması əsas prioritet olub: "Amma bundan sonra Çernobıl əlillərinin də sürətlə mənzillə təmin olunması üçün işlər həyata keçiriləcək. Vətən müharibəsində iştirak edən qazilərin və şəhid ailələrinin də mənzil problemi artıq həll olunmaq üzrədir, Verilən məlumata görə, yaxın 1 il ərzində onların mənzillə təmin olunması həyata keçiriləcək”.

APA

Chosen
16
7
hurriyyet.az

10Sources