"Kainat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişdirilir.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, hazırkı sədrin vəzifədən azad edilməsi və həmin vəzifəyə yeni şəxsin təyin edilməsi ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında təsdiqlənəcək.
Buna görə də aprel ayının 3-nə cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.