EN

Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqləndi

Bakı. Trend:

Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçtgöndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir ƏliƏsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar daşınma müqaviləsi və kommersiyasazişləri əsasında müəyyən haqq müqabilində sərnişinlərin, eləcə dəsərnişin tərəfindən hava gəmisinin bortunda daşınan baqajın (ocümlədən əl yükünün, habelə yük və poçt göndərişlərinin) havanəqliyyatı vasitəsilə daşınması ilə bağlı müddəaları özündə ehtivaedir.

Bu Qaydalar sərnişinin, baqaj, yük və poçt göndərişlərininmüntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlar əsasında daxili vəbeynəlxalq hava daşımalarına tətbiq olunur.

Hava əlaqəsinə dair beynəlxalq müqaviləyə uyğun olaraq,Azərbaycan Respublikasında qeydiyyata alınmış daşıyıcılartərəfindən kommersiya sazişləri bağlanıldığı halda bu barədəAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyinə məlumat verilməlidir.

Chosen
18
10
az.trend.az

10Sources