“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, klub ABŞ-dən olan Andre Ballı heyətinə qatıb.
Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb. 206 sm boya malik basketbolçu “Gəncə”nin heyətində 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ball bundan əvvəl “Lənkəran” komandasında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media