EN

Bakı İrəvanın sülh müqaviləsi təklifinə CAVAB VERDİ

Ermənistan Azərbaycanın İrəvanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavabını alıb.

OXU24.COM  "Lurer"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Biz Azərbaycanın sülh müqaviləsi ilə bağlı cavabını almışıq, lakin kommunikasiyaların açılması və silahlara qarşılıqlı nəzarət mexanizmi kimi digər istiqamətlər üzrə təkliflər hələlik cavabsız qalır”, - diplomat bildirib.

Fevralın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana münasibətlərə “yeni və təmiz səhifədən” başlamağı təklif edib. Ermənistan Nazirlər Kabinetinin rəhbəri bəyan edib ki, İrəvan və Bakı sülh müqaviləsi layihəsində bütün aktual məsələlər üzrə razılığa gəliblər.

Chosen
105
36
oxu24.com

10Sources