EN

Yüksək Liqa: Lider növbəti qələbəsini QAZANDI

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XII tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub. 

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. Günün ilk görüşündə MOİK “Xilasedici” ilə qarşılaşıb. Qonaq komanda bu görüşdə çətinlik çəkməyib. “Murov Az Terminal” isə “Neftçi”ni sınağa çəkib. 

Bu görüşdə "ağ-qaralar"ın gücü yalnız 1 set qazanmağa çatıb. Lider 3:1 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (kişilər)

25 fevral

XII tur

14:00. MOİK - “Xilasedici” - 0:3 (10:25, 19:25, 11:24)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:18, 25:22, 24:26, 25:21)

GİN-in Voleybol Mərkəzi

1  Murov Az Terminal  12  10  2  31-7  30

2  Xilasedici  12  10  2  31-10  29

3  Azərreyl  11  8  3  27-10  25

4  Neftçi  12  5  7  18-24  15

5  MOİK  12  2  10  6-33  5

6  Gənclər  11  0  11  4-33  1

Qeyd edək ki, tura “Azərreyl” – “Gənclər” oyunu ilə yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
57
2
bizim.media

10Sources