EN

Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək

2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirilmə işləri yekunlaşır, gələn ilin sonuna qədər dövlət proqramına daxil olan layihələr başa çatacaq.

“Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”, - Emin Hüseynov əlavə edib.

Chosen
53
15
apa.az

10Sources