EN

Sabahın hava PROQNOZU - 20 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə və gündüz -1 dərəcədən -3 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

 

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0 dərəcədən - 5 dərəcəyədək , gündüz +3 dərəcədən +8 dərəcəyədək , dağlarda gecə -10 dərəcədən -15 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -15 dərəcədən -20 dərəcəyədək , gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.

 

Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.

 

Chosen
36
49
sfera.az

10Sources