EN

Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb...

Bu barədə Poliqon-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:

"Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib". 

Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.

Poliqon.info

Chosen
130
19
poliqon.info

10Sources